Avropa Siyasi Birliyi Bakı sammitini keçirmədən dağıla bilər

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə vəzifəsindən getdikdən sonra noyabrın 12-də Dublində toplantısı keçiriləcək Avropa Siyasi Birliyi fəaliyyətini dayandıra bilər.
Polise.az xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlar və rəsmilərə istinadla məlumat yayıb.
Mənbələrə görə, bir çox lider Makronun təşəbbüsü ilə yaradılmış bu forumdan bezib və onu nəticəsiz müzakirələr aparılan platforma hesab edir. Amma belə fikirlər Yelisey Sarayı və Avropa İttifaqının strukturlarında qəbul olunmur. Onlar artıq Avropa Siyasi Birliyinin növbəti sammitləri barədə qərarın verildiyini bildiriblər. Növbəti görüşlər İsveçrə, Yunanıstan, Azərbaycan və Latviyada keçiriləcək. Birliyin Bakı sammitinin 2028-ci ilin mayında keçiriləcəyi gözlənilir.
Avropa İttifaqının nümayəndələrindən birinin sözlərinə görə, noyabrın 12-də keçiriləcək açılış mərasimində Avropa Şurasının prezidenti Antonio Koşta, İrlandiya Baş naziri Mixol Martin və Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edəcək.
“Politico” qeyd edib ki, iclasda əsas diqqət Rusiya-Ukrayna müharibəsinə və Avropanın təhlükəsizliyinə yönələcək. Avropa Siyasi Birliyinin genişləndirilməsi məsələsi isə müzakirə olunmayacaq.
Polise.az



