Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirildi

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib.
Polise.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün 19 noyabr 2026-cı il tarixinə nəzərdə tutulmuş yazılı imtahan 23 noyabr 2026-cı il tarixə keçirilib.
İmtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcək.
Namizədlər buraxılış rejiminin təmin edilməsi məqsədilə saat 09:00-dək imtahan binasının qarşısında olmalı, “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
Polise.az



