Növbəti həftədən məktəblərdə beşgünlük payız tətili başlayacaq

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

Polise.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

“Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 21 noyabr, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabrda olacaq.

Bununla yanaşı tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir”, – məlumatda vurğulanıb.

Qeyd edilib ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button