Bakıda yeniyetmə qız azyaşlı qardaşı tərəfindən bıçaqlandı – TƏFƏRRÜAT

Bakıda 13 yaşlı qızın bıçaq xəsarəti almasının təfərrüatı məlum olub.
Polise.az xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində mənzillərdən birində baş verib.
2013-cü il təvəllüdlü A.Məmmədova evdə autizmdən əziyyət çəkən 2022-ci il təvəllüdlü qardaşı ilə oynayırmış və həmin vaxt oğlanın əlində bıçaq olub. Azyaşlı qız qardaşını qucaqlayarkən ehtiyatsızlıqdan qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Polise.az



