Britaniyada polislərin məzuniyyətə çıxması qadağan ediləcək

Böyük Britaniyada 2028-ci ilin yayında polis əməkdaşlarının məzuniyyətə çıxmasına qadağa qoyulacaq.

Polise.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Qərar ölkədə eyni vaxtda iki böyük beynəlxalq tədbirin – G7 sammitinin və futbol üzrə Avropa çempionatının keçirilməsi ilə əlaqədardır.

AVRO-2028 iyunun 9-dan iyulun 9-dək Böyük Britaniya və İrlandiyada təşkil olunacaq. G7 sammitinin də yayın birinci yarısında keçirilməsi planlaşdırılır.

Təhlükəsizliyi təmin etmək üçün ölkənin bütün polis resurslarının səfərbər edilməsi nəzərdə tutulur.

Məlumata görə, yalnız toy mərasimi planlaşdırılan və ya övladının dünyaya gəlməsini gözləyən polis əməkdaşlarına məzuniyyət istisnası tətbiq ediləcək.

Nəşr qeyd edir ki, Böyük Britaniya polisinin tarixində indiyədək ölkə miqyasında belə məzuniyyət qadağası tətbiq olunmayıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button