Dövlət komitəsi sədrinin müavinlərinin sayı artırıldı – FƏRMAN

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Polise.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.
Fərmana əsasən sədrin bir birinci müavini və üç müavini olacaq.
Polise.az



