Nikol Paşinyan: İlham Əliyevlə itkin düşmüş şəxslərlə bağlı məsələni müzakirə etmişəm

“İtkin düşmüş şəxslərin taleyinə ancaq Azərbaycan və Ermənistan arasında əməkdaşlıqla aydınlıq gətirmək olar”.

Polise.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu problemin həllinin ən effektiv yolu Ermənistan-Azərbaycan əməkdaşlığıdır. (Azərbaycan Prezidenti İlham Əliyevlə) Dublində keçirilən müzakirələr zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığın daha institutsional xarakter alması ilə bağlı məsələləri daha konkret və ətraflı müzakirə etdik”, – o bildirib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button