Paşinyan: Xalq yeni konstitusiyanı rədd etsə, istefa verəcəyəm

Ermənistan Baş naziri Nikol Paşinyan xalqın yeni konstitusiyanı rədd edəcəyi təqdirdə istefa verəcəyini bildirib.
Polise.az xəbər verir ki, bu barədə o, hökumətin bu gün keçirilən iclasında açıqlama verib.
“Müxalifətə təklif edirəm: gəlin referenduma gedək. Əgər xalq yeni konstitusiyanı rədd etsə, istefa verəcəyəm. Əgər xalq yeni konstitusiyaya “hə” desə, növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağam. Gəlin referenduma gedək, mənə etimad göstərib-göstərmədiyini xalq desin”, – Paşinyan vurğulayıb.
Baş nazir həmçinin qeyd edib ki, imtina edəcəyi təqdirdə bu, müxalifət üçün siyasi ölümə çevriləcək formuladır.
Polise.az



