ABŞ, Çin və Rusiya liderləri sülh bəyannaməsi qəbul etdilər – MƏTN

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin Şençjen şəhərində keçirilən üçtərəfli görüşün yekununda sülh bəyannaməsi qəbul edib.
Polise.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bəyannamənin mətni belədir:
1. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq Rusiya, Çin və ABŞ BMT-də islahatlara sadiq olduqlarını bildiriblər. İslahatların məqsədi BMT-nin qlobal çağırışlara daha effektiv cavab verməsini, beynəlxalq sülh və təhlükəsizlik sahəsində əsas missiyasına uyğun fəaliyyət göstərməsini təmin etməkdir.
2. Üç dövlət bütün ölkələrin rifahı naminə emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar enerji təchizatının sabitliyinin vacibliyini təsdiqləyiblər.
3. Üç dövlətin başçıları dövlətlərin razılığı prinsipinin və dövlətlərin rəsmi şəxslərinin toxunulmazlığına riayət edilməsinin fundamental əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar Beynəlxalq Cinayətlər Məhkəməsinin və digər analoji strukturların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduqları barədə razılığa gəliblər.
4. Üç dövlətin başçıları təsdiqləyiblər ki, nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç vaxt başlanmamalıdır. Üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində dialoq aparacaq.
Üç ölkənin liderlərinin tarixdə ilk dəfə keçirilən üçtərəfli görüşü təxminən bir saat yarım davam edib.
Vladimir Putin, Donald Tramp və Si Cinpin görüşdən sonra mediaya açıqlama verməyib.
Polise.az



