Bərdə sakini Bakıda müəmmalı şəraitdə ölüb, yaxınlarına susmaq təklif olunub

Bərdə rayon sakini Bakıda müəmmalı şəraitdə ölüb.
Teleqrafın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayonunun Piyadalar kənd sakini, 1990-cı il təvəllüdlü Vüqar Elman oğlu Məmmədov Bakıda tikinti obyektlərinin birində işləyirmiş.
Məlumata görə, onun meyiti iş yoldaşları tərəfindən şəxsi avtomobillə Bakının Qalaqəsəbəsində yaşayan qardaşının evinə gətirilib. Yaxınları meyitə baxış keçirərkən V.Məmmədovun bədənində xəsarət izləri aşkar ediblər.
Meyiti gətirən şəxs mərhumun qardaşına və onun həyat yoldaşına hadisə barədə heç kimə məlumat verməməyi, meyiti dəfn etməyi təklif edib.
Lakin mərhumun yaxınları məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır
Polise.az



