KTMT Ermənistanın təşkilata qayıtması üçün şərtini açıqlayıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində bundan sonra iştirak edib-etməyəcəyinə özü qərar verməlidir.

Polise.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Taalatbek Masadıkov “Avrazimut” jurnalına və TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, KTMT İrəvanın təşkilatdakı hazırkı statusunu normal hesab etmir, çünki Ermənistan qurumun fəaliyyətində iştirakını faktiki olaraq dondurub.

“Qərar Ermənistan tərəfinə məxsusdur. Borclar ödənildikdən sonra Ermənistanın KTMT-nin fəaliyyətində iştirakı, o cümlədən təşkilata əməkdaşlarının göndərilməsi bərpa oluna bilər”, – baş katib qeyd edib.

Masadıkov vurğulayıb ki, təşkilat öz nizamnaməsinə ciddi şəkildə riayət edir və vəziyyəti süni şəkildə gərginləşdirmək niyyətində deyil. Bununla belə, KTMT üzvlərindən birinin kollektiv fəaliyyətdə iştirak etməməsinə göz yuma bilməz.

Qeyd edək ki, noyabrda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Ermənistana münasibətdə təşkilatın nizamnaməsinin 25-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib.

Həmin maddəyə əsasən, təşkilatın büdcəsinə olan borcunu iki il ərzində ödəməyən üzv ölkə səsvermə hüququndan məhrum edilir, onun vətəndaşlarının kvota üzrə vəzifələrə namizədliyinin irəli sürülməsi hüququ dayandırılır.

Son üç ildə üzvlük haqlarını ödəməyən Ermənistan borcunu tam bağlayacağı təqdirdə KTMT-dəki hüquqlarını bərpa edə bilər.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button