Moskva heç vaxt Bakıya bu təklifi verməyib – Nikola cavab
Moskva heç vaxt Bakıya Qarabağın statusu qarşılığında 7 rayonun qaytarılmasını təklif etməyib.
Bunu ATƏT MQ-nin rusiyalı həmsədr İqor Popov Ermənistan Baş naziri Nikol Paşinyanın “44 günlük müharibənin mənşəyi” məqaləsini şərh edərkən bildirib.
“Rusiyanın yeddi bölgəni elə-belə qaytarmağı, statusu unutmağı və sakitləşməyi təklif etdiyini iddia etmək doğru deyil”, – Popov qeyd edib.

