İsmayıllı və Qəbələ sakinlərindən odlu silah aşkarlanaraq götürülüb

İsmayıllı və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə,  İsmayıllıda rayonun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan “İJ-16”, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Nic qəsəbəsində yaşayan F.Alməmmədovdan “İJ-18” markalı öv tüfəngləri aşkar edilərək götürülüb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button