Nigeriya sahillərində dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi – Azərbaycanlı öldürüldü

Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

Türk KİV-lərinə istinadən bildirilir ki, dəniz quldurları gəminin 19 heyət üzvündən 15-i girov götürüb.

Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: “Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb”.

Hamısını Göstər

Related Articles

Back to top button