Vilayət Eyvazov yeni inzibati binaların açılışını etdi

15 iyun – Milli Qurtuluş Günündə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin yeni inzibati binalarının açılışı olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib.

Məlumat verilib ki, 2 mərtəbəli inzibati binalar ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikasiyalar və texniki qurğularla, mebel və inventarla təmin olunub. Hər iki binanın daxilində silah saxlama otağı, idman sağlamlıq zonası və yeməkxana var. Yeni tikililər ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-kommunikasiya xətləri ilə təmin edilib, digər yardımçı sahələr yaradılıb. Ərazilər hasarlanıb,abadlaşdırma,yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. 

Nazir yeni binaların foyesində olan ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olub, növbətçi hissələrə, xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıb. 

General-polkovnik Vilayət Eyvazov görülən işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib. O, xalqımız üçün ən əlamətdar günlərdən biri olan Milli Qurtuluş Günündə iki yeni inzibati binanın açılışını məmnunluqla qeyd edərək əmin olduğunu bildirib ki, şəxsi heyət dövlətin göstərdiyi bu ali diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək. 

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button