Zaqatala sakinlərindən odlu silah götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button