Türk dünyasının ulu şairi – Əlişir Nəvai – 580
Nizaməddin Mir Əlişir Nəvayi OmumtOrk ədəbiyyatının ən böyük, ən ulu şairidir. O, ortaq mədəniyyət və ədəbiyyat tariximizdə misilsiz, tayı-bərabəri olmayan bir dühadır. Türk tarixində hələ heç bir sənətkar onun qədər parlaq irs yaratmamış, onun qədər zənginmiras qoyub getməmişdir. Nəvayi həm de türk dünyasının böyük dövlət xadimi, siyasət və fikir adamıdır.
Nəvayi son dərəcə mürəkkəb bir dövr və münbit mühitdə yetişmişdir. Teymurilər səltənətinin bütün ehtişamı ilə ayaqda olduğu, elm və mədəniyyətin sürətlə inkişaf etdiyi həmin dövr Orta Asiya tarixinin ən maraqlı və parlaq dövrüdür. Qismətdən Nəvəyinin ailəsi aristokratik dairələrə yaxınlığı sayəsində saray ər – kam zümrəsinə daxil olmuşdur. Onun babası Əbu Səid Çəng və atası Qiyasəddin Kiçkinə həmin dövrün siyasi və hərbi xadimləri kimi teymurilər xanədanına mənsub sultanların yanında xidmət etmiş, bəylərbəyi və əmir olmuşlar. Nəvayi özü isə gələcəyin ünlü şairi və hökmdarı Sultan Hüseyn Bayqara ilə eyni mədrəsədə oxumuş, mühüm elm və mədəniyyət mərkəzləri olan Mərv, Məşhəd, Səmərqənd və Heratda təhsil almış, özəlliklə Şeyx Kəmali Türbəti və Xacə Fəzlullah Əbül-Leysidən çox şey öyrənmişdir. Müəllimi Mirzə Əbülqasim, yaxın dostları Həsən Ərdəşir və Lüfti onu türkcə yazmağa təşviq etmişlər. Üstəlik, Qəbuli və Qəribi təxəllüsü ilə türkcə şeirlər yazan iki dayısı da dil baxımından ona böyük təsir göstərmişdir. Sultan Hüsyn Bayqara Heratı alınca Nəvayini yanına çağıraraq, ona möhrdar vəzifəsini vermişdir. 1472-ci ildə 31 yaşında ikən əmir rütbəsinə layiq görülən Nəvayi sarayda divanbəyi, Heratda naib, Əstərabadda vali, axırda isə Bayqaranın vəziri və nədimi olmuş, bütün vəzifələrdə can-başla çalışaraq, dövlətə sədaqətlə xidmət etmişdir. Ağır dövlət işləri, qanunsuzluq və ədalətsizliyə qarşı mübarizə ona çoxlu düşmən qazandırmış, səhhətinə mənfi təsir göstərmiş, aradabir sultanla münasibətlərinin gərginləşməsinə səbəb olmuşdur. Lakin Nəvayi bütün bu maneələrə baxmadan yazıb-yaratmağa davam etmiş, bir-birindən gözəl əsərlər meydana gətirmişdir.
Şair 1476-cı ildə dostu və həmkarı Əbdürrəhman Cami- nin təklifi ilə nəqşibəndi təriqətinə daxil olmuşdur. 1489- cu ildə dostu Seyid Həsən Ər- dəşirin ölümü, həmin il Bəlx valisi olan qardaşı Dərviş Əlinin dövlətə qarşı üsyanı, 1492-ci ildə Əbdürrəhman Caminin vəfatı, saray çəkişmələri, Hüseyn Bayqara ilə oğlu Bədiüzzaman arasındakı hərbi qarşıdurmalar Nəvayini fiziki və mənəvi cəhətdən sarsıtmışdır. O, şair-hökmdar dostu ilə oğlu arasında barışıq yaratmaq üçün çox çalışmış, lakin buna nail ola bilməmişdir.
Bu intriqalar nəticəsində Sutan Hüseyn Bayqaranm nəvəsi, yəni Bədiüzzamanın oğlu şəhid olmuşdur. Bayqaranm o biri arvadı öz oğlunu taxta keçirmək məqsədilə Bədiüzzamanın oğlunu aradan götürmək üçün qəddar və sinsi bir plan qurmuş, zil-sərxoş olar sultana nəvəsinin edam fərmanını imzalatmışdır. Bayqara həqiqəti öyrənəndə artıq iş-işdən keçmişdir. Bu qorxu”: hadisə Bayqara qədər Nəvayini də can evindən vurmuş, onsuz da zəif olan səhhətm büsbütün korlamışdır. Özürə yer tapa bilməyən Əlişir Nəvayi 1498-ci ildə Məşhəcə getmiş, oradan da həccə yola düşmək istəmiş, lakin yolların təhlükəli olması üzündən bu planını gerçəkləşdirə bilməmişdir. Ömrü boyu evlənməyən, ailə səadətinin, oğu – uşaq sevincinin nə olduğu bilməyən Nəvayi dərin br bədbinliyə qapılmış, 3 yanvar 1501-ci ildə Heratda vəfat etmiş və Qüdsiyyə camisin yanında hələ öz sağlığında hazırlatdığı yerdə dəfn olunmuşdur. Qədirbilən dostu Sultan Hüseyn Bayqara şairin ölümünə dərindən üzülmüş və ölkə üzrə milli matəm elan etmişdir. Nəvayi çağatay dövrünün və ədəbiyyatının ən böyük şairidir. Çağatay termini barədə bir neçə kəlmə demək lazımdır. Çağatay (1227-1242) Çingiz xanın ikinci oğludur. Atasının ölümündən sonra onun payına düşən torpaqlarda qurulan dövlətin, siyasi sistemin, mədəniyyətin, nəhayət, dilin adıdır. Çağatayın və övladlarının hakimiyyəti 1370- ci ilə qədər davam etmiş, həmin il fə’lən Əmir Teymurun əlinə keçmişdir. Lakin Çingiz yasasına görə xanlıq, yəni ali hakimiyyət zahirən, formal olaraq Çağatay soyundan birinin əlində imiş kimi davam etmişdir. Bunun bir səbəbi də Teymurun xan deyil, əmir olması idi. Əmir Teymur hər dəfə monqol soyundan birini rəsmən taxta çıxarmış, lakin dövləti faktiki olaraq özü idarə etmişdir. Dövlətdə monqol dövrü tamamilə bitdikdən sonra da mədəniyyət və dil hələ uzun müddət ətalətlə çağatay mədəniyyəti və dili adlandırıl- maqda davam etmişdir. Teymur soyundan gələn sultanlara və şahzadələrə mirzə deyə (‘əmirzadə’ sözünün qısaldılmış şəlki) xitab edilmişdir.
Nəvayinin əsərlərini divanlar, xəmsə, təzkirələr, dil-ədəbiyyat, dini-əxlaqi, tarixi əsərlər və bioqrafik əsərlər, habelə sənədlər olmaqla səkkiz qrup halında toplamaq mümkündür. Bunlar arasında şairin divanları xüsusi yet tutur. Dördü türkcə, biri farsca olan bu divanların hamısı dərindən araşdırılmışdır. Şərq ədəbiyyatında dörd divan yazıb tərtib etmək ən’ənəsi xəmsə yazmaq qədər vacibdir. Buna çar- divan, yəni çahar divan, yəni dörd divan deyilir.
Şairin uşaqlıq və yeniyet- məlik çağında yazdığı “Qəraib üs-siğər” (“Uşaqlıq çağının qəribəlikləri”) adlı divanında 650 qəzəl (4.975 beyt), 1 müstə- zad (7 beyt), 3 müxəmməs (57 beyt), 1 müsəddəs (27 beyt), 1 məsnəvi (148 beyt), 1 tərci- bənd (100 beyt), 50 qitə (138 beyt) və 133 rübai (266 beyt) vardır. Bu divanda müxtəlif janrlarda 840 şeir və ya 5.718 beyt toplanmışdır.
Gənc yaşlarında qələmə aldığı ‘Nəvadir üş-şəbab’ (“Gənclik çağının nadirəliklə- ri”) adını daşıyan divana 650 qəzəl (4.998 beyt), 1 müstə- zad (7 beyt), 3 müxəmməs (52 bəyt), 1 müsəddəs (27 beyt), 1 tərcibənd (103 beyt), 1 tərki- bənd (56 beyt), 50 qitə (126 bəyt), 52 (54 beyt) müəmma daxildir. Bu divandakı şeirlərin ümumu sayı 759, beytlərin sayı 5.423-dür.
“Bədayi ül-vəsət”(“Orta yaş çağının gözəllikləri”)adlı üçüncü divan 650 qəzəl (5.001 beyt), 1 müstəzad (7 beyt), 2 müxəmməs (30 beyt), 2 müsəddəs (42 beyt), 1 tərcibənd (56 beyt), 1 qəsidə (91 beyt), 60 qitə (127 beyt), 10 loğaz (40 beyt) və 13 tuyuğ- dan (26 beyt) ibarətdir. Şairin 35-45 yaşları arasında yazdığı bu divana cəmi 740 şeir (5.420 beyt) daxildir. Əlişir Nəvayinin son divanı “Fəvaid ül-kibər” (“Qocalıq çağının faydalı öyüdləri”) adlanır. Burada şairin 650 qəzəli (5.029 beyt), 1 müstəzadı (7 beyt), 2 müxəmməsi (37 beyt), 1 müsəddəsi (21 beyt), 1 mü- səmməni (28 beyt), 1 tərci- bəndi (110 beyt), 1 saqinamə- si (458 beyt), 50 qitəsi (112 beyt), 86 müfrədi (86 beyt) vardır. Bunlar onun həyatının son dövrlərində qələmə aldığı əsərlərdir. Bu divan üzrə şeirlərin cəmi 793, beytlərin sayı 5.888-dir. Beləliklə, şairin türkcə divanları üzrə 2.600 qəzəli (20.003 beyt), 4 müstə- zadı (28 beyt), 10 müxəmməsi (177 beyt), 5 müsəddəsi (117 beyt), 1 müsəmməni (28 beyt), 4 tərcibəndi (369 beyt), 1 tərkibəndi (56 beyt), 1 məsnəvisi (148 beyt), 1 saqina- məsi (458 beyt), 210 qitəsi (503 beyt), 133 rübaisi (266 beyt), 52 müəmması (54 beyt), 10 loğazı (40 beyt), 13 tuyuğu (26 beyt), 86 müfrədi (86 beyt), 1 qəsidəsi (91 beyt) və 210 qitəsi (503 beyt) vardır.
Fars dilində Fani təxəllüsü ilə yazdığı divanda 468 qəzəl, 1 müsəddəs, 36 qitə, 67 rübai, 16 tarix, 341 müəmma, 84 müfrəd və 6 loğaz yer alır. Bu da türkcə və farsca divanlarda janrlar üzrə cəmdə 3.068 qəzəl, 4 müstəzad, 10 müxəmməs, 6 müsəddəs, 4 tərcibənd, 246 qitə, 497 müəmma, 170 müfrəd, 16 loğaz, 13 tu- yuğ, 16 tarix, bir neçə tərki- bənd, qəsidə və s. deməkdir.
Böyük şairin ‘Məcalis ün- nəfais“, ‘Nəsaim ül-məhəb- bəfadlı iki təzkirəsi onun yaradıcılığında mühüm yer tutur, çünki onlarda o dövrün görkəmli adamları haqqında son dərəcə qiymətli məlumatlar var, birincidə 459, ikincidə 770 şəxsin mükəmməl bioqrafiyası verilmişdir. Bunlar türkcə yazılan ilk təzkirələr, Dövlətşah Səmərqəndinin Təzki- rət üş-şüera’ əsərindən sonra ilk sanballı mənbələrdir. Şairin dildən və əruzdan bəhs edən “Mühakimot ül-lüğəteyn’ və ‘Mizan ül-övzan’ kitabları dilimizə çevrilsə də, bunu ədəbiyyatdan bəhs edən ‘Ri- saleyi-müəmma’əsəri haqqında dəmək mümkün dəyil. Böyük mütəfəkkirin dini-didaktik əsərləri onun fəlsəfi görüşlərini əks etdirməsi baxımından çox maraqlıdır. Bunlardan “Münacat”, ‘Çəhei hədis”, ‘Li- san üt-təyr”, “Nəzm üi-cəva- hir”, “Sirac Ol-müslimin”, ‘Məhbub ül-qülub’xüsusile diqqətəlayiqdir. Eyni sözləri onun tarixi əsərləri(“Tarixi-ən- biya və hükəma”, “Tarixi-mü- luki-əcəm”) haqqında da dəyə bilərik. Nəvayinin bioqrafik (“Haləti-Seyyid Həsən Ərdə- şir”, ‘Xəmsət ül-mütəhəyyi- rin”, ‘Haləti-Pəhləvan Məhəmməd”) və sənədli əsərləri də (“Münşəaf və “Vəqfiyyə”) son dərəcə böyük maraq kəsb edir.