Qan qoxuyan rəqəmlər
Mən hardayam, qadir allah,
İçim zülmət, çölüm zülmət, dardayam.
Ətrafımda yalquzaqlar ulaşır,
Hara qədəm qoyuramsa, ayağım
Ölənlərin qanlarına bulaşır…
Vətən oğlu, iki əsrdən artıqdır ki, Rus imperiyasının ağuşuna atılmış erməni daşnak faşistləri varlığımıza qənim kəsilmişlər. Yaşamaq haqqımızı belə əlimizdən almışlar. Bizi-Azərbaycan türklərini erməni-daşnak faşizminin erməni adıyla ifadə olunan, erməni barbarlığının, erməni vandalizminin, erməni vəhşətinin günahsız quıbanlarına çevrilmişlər. Rus imperiyasının himayəsi və havadarlığı altında misli görünməmiş qəddarlıqla etnik təmizləmə siyasəti aparır, qətl törədir, ulu əcdadlarımızın min illər boyu uyuduqları tarixi torpaqlarımızı işğal edirlər. Azərbaycan türklərinə qarşı yeridilən soyqırım siyasətinin tarixi əsrləri əhatə ədir. Bədnam, dənizdən-dənizə erməni dövləti qurmaq arzularını həyata keçirirlər. Utopik, uydurma “Böyük Ermənistan’ xülyasını mərhələ-mərhələ gerçəkləşdirirlər. Onlar bu gün də Azərbaycan torpaqlarını qəsb etmək, etnik təmizləmə və qətliam siyasətlərini davam etdirməkdən əl çəkmirlər.
Neçə illərdi ki, Vətənimizin döyünən ürəyi olan Qarabağ torpaqlarını işğal altında saxlayırlar. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazisində başqa ölkələrdən köçürdülmüş ermənilər məskunlaşdırılıb. Bu gün minlərlə vətəndaşımız Azərbaycan xalqının milli faciəsinin daşıyıcısı-dünya tarixində analoqu olmayan erməni- daşnaq faşizminin XX əsrdə həyata keçirdiyi azərbaycanlıların əzəli torpaqlarından qovulması, etnik təmizləmə və soyqrımı siyasətinin qurbanına çevrilməyə məruz qalmışdır. Bəşər sivilizasiyasında insanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırım çox olub. Xatın, Xirosima, Naqasaki, Uqanda… Amma onların içərisində Xocalı soyqırımı dəhşəti və qəddarlığı ilə fərqlənir. Öz miqyasına və dəhşətlərinə görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Yaxın tariximizin faciəli səhifələrindən biri Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olmuşdur. Çox təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindəndir. Görünməmiş növbənöv amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə Xocalıda törədilən faciə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Xocalı faciəsi dünyanın qətl və qəddarlıq simvoludur. Bu il dəhşətli gecədən 25 il keçir. Bütün Azərbaycan xalqı bu faciəni ürək ağrısıyla öz qəlbində yaşadır. Hər bir azərbaycanlının qəlbində bu faciə XX əsrin faciəsinə çevrilib. ABŞ-ın “The Middle- town Press qəzeti: II Lünya müharibəsindən sonra Xocalı soyqırımını Avropada ən ağır cinayət hesab etmək olar. Çünki XX əsrdə Xocalı üç dəfə-1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb.
1992-ci ilin fevralına kimi Xocalıda 7 min əhali yaşayırdı. Neçə aylarla ermənilərin həmlələrinə, hücumlarına mərdliklə dözmüşdü. Sabiq SSRİ Silahlı Qüvvələrinin 366-cı alaylarının müdaxiləsi olmasaydı ermənilər bu miqyasda hücuma cəsarətlənməzdi, belə bir faciə törədə bilməzdi. Erməni yaraqlıları xocalılara Xankəndi şəhərində yerləşdirilmiş sovet silahlı qüvvələrinin 366-cı motoatıcı alayının köməkliyi ilə divan tutmuşlar. Bu alay 4-cü ordunun 23-cü diviziyasının tərkibinə daxil idi, 1985-ci ildə Gəncədən Xankəndinə köçürülmüşdür. Ştat cədvəlində 1800 qulluqçu nəzərdə tutulsa da, 1992-ci ilin fevralına burada 630 nəfər, o cümlədən 129 zabit və gizir (49 nəfər erməni idi) vardı. 1991-ci ilin yazında alaya podpolkovnik Yuri Zarviqorov təyin edilmişdi (Bu faktlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat xidmətinin məlumatlarına əsasən götürülüb). Erməni silahlı dəstələrinin Xocalıya hücumu şəhərin mühüm strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyi şərtləndirildi. 7 min nəfər əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran-Xankəndi yollarının üstündə yerləşir. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalı faciəsi təsadüfi hadisə deyildi. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Soydaşlarımız tarixi torpaqlarından didərgin salınmış, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunararaq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlannda yaşayan 250 min azərbaycanlı doğma ata-baba yurdlanndan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.
Olmuşlara illər sonra baxdıqda görürük ki, şəhər dörd tərəfdən əhatələndikdən sonra artilleriya və ağır texnikalardan davamlı güclü atəş açılıb. Az sonra ermənilər qəfil hücuma keçib. Müdafiənin mümkünsüzlüyünü duyan əhali evlərini tərk etməyə məcbur olub. Səhər saat 6 radələrində şəhər işğal olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi bir neçə saat ərzində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyublar. 8 ailə tamamilə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq valideyinin birini itirib. 487 nəfər şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Ermənilərin əlindən salamat qurtaranların çoxusu soyuqdan donub. Xocalıda 1275 qoca, uşaq, qadın əsir götürülmüşdü. Onların xeyli hissəsi geri qaytarıldı, əsirlərlə dəyişdirildi. Amma məlumatlarda bildirilir ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımdı. Bu soyqırımda həlak olanlar xalqımızın milli azadlıqları yolunda apardıqları mübarizənin qurbanları, şəhidləridir. Erməni hərbiçiləri amansızcasına öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, dinc sakinləri diri-diri torpağa basdırmış və yandırmışlar. Meyitlər üzərində insanlığa xas olmayan təhqiramiz hərəkətlər edilmişdir. Azərbaycan xalqına qarşı misli görünməmiş, tükürpədici bu soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarlarınm Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi. Onlar xalqımza qarşı sözün əsl mənasında genosid planını həyata keçirdilər. (Qədim Yunan dilində olan “ge- nos”-nəsil, kök, soy mənasını verən sözlə, latın dilində “öldürürəm” mənasını “caedo” sözlərinin birləşməsi nəticəsində yaranan və beynəlxalq hüquqda istifadə edilən “genosid” termini-Azərbaycan dilində “soyqırım” mənasını verir) aktını törətmişlər. Xocalı soyqırımı zamanı yüzlərlə soydaşlarımızın həyatına son qoyuldu. Bütöv bir şəhər məhv edildi. Günahsız insanlar ağır işgəncələrə məruz qalaraq isti ocaqlarından didərgin düşdülər. Azərbaycanın əzəli torpaqları düşmən tapdağı altında qaldı. Amma faciənin acı fəsadları bununla bitmədi: Xocalı soyqırımı Xocalıdan sonrakı xocalıların da taleyini dəyişdi, onların yaddaşı kimi sonrakı həyatlarında da dərin izlər buraxdı. Xocalı adlı vətən dərdi dünyaya göz açan körpələrin köksündə közü ilə bərabər boy atdı.
Bu gün Qarabağı geri qaytarmaq Azərbaycan varlığını, onun ərazi bütövlüyünü, torpaqlarımızın toxunulmazlığını bərpa etmək, Azərbaycan dövlətçiliyinə əbədiyyət qazandırmaq, Azərbaycanda separatizmin kökünü kəsmək haqqımızı kimsə əlimizdən ala bilməz. “Qarabağsız Azərbaycan yoxdur!” deyənlər haqq yolundadır. Sarsılmaz Azərbaycan dövlətçiliyinin keşiyindədirlər. Qarabağ uğrunda mübarizəmiz öz həllini tapmayınca mənəvi yaralarımızın sağalacağından, fiziki şikəstliyimizin aradan qalxacağından hər hansı bir şəkildə danışmaq olmaz. Nə qədər erməni-daşnaq faşizmi var, onun ideyalarını yaradanlar mövcuddur, nə dinclik, nə sülh bizə qismət olmayacaqdır.
VƏTƏN OĞLU, Qarabağ bu gün bizim üçün Tanrı sınağı, qeyrət rəmzidir. Qarabağ bizim yaşam pasportumuzdur. Qarabağsız Azərbaycan ruhsuz candır. Bu gün Qarabağ milli qeyrət, milli mənlik, milli özünüdərk, olum- ölüm yolu, gələcək nəsillər qarşısında məsuliyyət hissi deməkdir. Qarabağı unutsan, bu gününlə, sabahınla, varlığınla, həyatınla vidalaşmalı olacaqsan. Bu gün səni məhv etməyi, varlığını tarix səhnəsindən silməyi qarşısına məqsəd qoymuş erməni-daşnaq faşizmi ilə üz-üzəsən. Qarabağ uğrunda mübarizə aparmalısan. Bu mübarizə sənin yaşamaq haqqın, həyat sevincindir. Qan yaddaşını oyat! Tarixdən ibrət dərsi götürməyənləri tarix özü cəzalandırır!
Aynur Turan