ABŞ və Avropa müvəqqəti barışıq əldə etdi
ABŞ və Avropa arasında ticarət müharibəsinin müvəqqəti dayandırılmasına dair razılıq əldə olunub.
Avropa Komissiyasının veb-saytında bildirildiyi kimi, ABŞ və Avropa ölkələri təyyarə istehsalçıları “Boeing” və “Airbus” ilə əlaqədar mübahisə çərçivəsində tətbiq olunan bütün gömrük rüsumlarını dayandırıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin açıqlamasında qeyd edildiyi kimi, barışıq ABŞ Prezidenti Co Batdenlə danışıqlar nəticəsində əldə olunub. Barışığın müddəti dörd aydır və o, həm aviasiya, həm də qeyri-aviasiya mallarını əhatə edir.
Bundan əlavə, tərəflər bu mübahisəni birdəfəlik həll etməyə hazır olduqlarını bildiriblər. Avropa Komissiyasına görə, bu, tərəfdaşlığın yeni mərhələsindən xəbər verir.