Ballistik raketləri Rusiya atdı – Müxalifətdən bəyanat
Suriya Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyası ötən gün Cerablus və Əl-Baba ballistik raketin atılmasında Rusiyanı günahlandırıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
“Rusiya kəndləri hədəf alaraq terror həyata keçirir. Ötən gün Rusiya tərəfindən bölgəyə 3 ballistik raket atıldı. Rəsmi Moskvaya beynəlxalq öhdəliklərə əməl etmək üçün təzyiq göstərilməlidir”, – Suriya müxalifətinin bəyanatında bildirilib.
Qeyd edək ki, ötən gün Suriyanın Cerablus və Əl-Bab bölgələrinə ballistik raket atılıb. Hücum zamanı bir çox neft müəssisəsində partlayış olub, eyni zamanda 4 mülki şəxs ölüb.