Moskvanın “kiçik Rusiya” dövləti qurmaq planı

Rusiya Ukraynaya da “sülhməramlılar” göndərmək istəyir

Ukraynanın separatçı Donbass bölgəsində vəziyyət gündən-günə gərginləşir. Ukraynanın işğal olunmuş ərazilər üzrə nümayəndəsi Sergey Qarmaş deyib ki,  Fransa və Almaniya Donbass problemini həll etmək üçün “yol xəritəsi” hazırlayıb. Bu isə Kremli qane etmir və Moskva işğal etdiyi ərazilərdə hərbi baza yaratmaq istəyir. Bunun üçün də qəsdən təxribatlar yaradır. Təxribatın və sülhməramlıların yeridilməsinin məqsədi Donbasda yeni reallıq yaratmaqdır ki, bu da Rusiyaya sərf etməyən alman – fransız “yol xəritələrini aktuallığını itirməsinə və Abxaziya nümunəsinə dair problemin konservasiyasına imkan verəcək”.

Rusiyanın artıq Moldovada, Gürcüstanda və Azərbaycanda sülhməramlıları var. Hər üç missiya bir-birindən fərqlənsə də, nəticə etibarilə əraziyə yerləşən rus ordusudur. İndi bu planı Ukraynanın separatçı bölgəsində də gerçəkləşdirməyə çalışırlar. Rusiya nəyə nail olmaq istəyir? Keçmiş SSRİ respublikalarını bu şəkildə ələ keçirmək, yaxud nəzarətdə saxlamaq niyyəti güdülür?

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, SSRİ-nin dağılması ilə Rusiya tarixi və coğrafi nüfuz dairəsinin kiçilməsi faktı ilə üz-üzə qalmışdı. Ona görə də ilk olaraq MDB-ni formalaşdırdı və Rusiyaya  tarixi, coğrafi nüfuz dairəsi hesab etdiyi ərazilərdə  siyasi mövcudluğunu qismən özünə qaytardı: “İlk illərdə Rusiya elə fikirləşirdi ki, siyasi mövcudluğun ardınca yeni iqtisadi reallıqlar yaranacaq və bu da Rusiyanın SSRİ-dəki dominant iqtisadi üstünlüyünü təmin edəcək. Postsovet ölkələrində mövcudluğunu həm də həll edilməmiş silahlı münaqişə ocaqlarının yaratması və inkişaf etdirməsi ilə davam etməyə qərar verən Rusiyanın bu gözləntisi özünü tam doğrultmadı. Postsovet ölkələrində ekstremizm, təcavüzkar separatizm və ərazi iddialarına əsaslanan münaqişələrin Rusiya tərəfindən dəstəklənməsi ilə MBD-də yaranan dövlətlərarası münaqişələr dərinləşdi, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirib çıxardı ki, bu kimi səbəblər özlüyündə MDB-nin birlik mahiyyətini sual altına aldı.

yegane.jpg (67 KB)

 Yeganə Hacıyeva

Gürcüstanın Ukraynanın bir neçə əyalətləri separatizm problemindən əziyyət çəkir. Nəticə kimi isə öncə Gürcüstan, ardınca isə Ukrayna MDB-ni tərk etdi.

Rusiyanın sülhməramlılarının  Moldovada, Gürcüstanda və Azərbaycanda, indi də Donbasa yerləşdirilməsi haqqında danışsaq, öncə onu qeyd edim ki, bunu təkcə hərbi baza yaratmaq istəyi ilə izah etmək doğru deyil”.

Ekspertin fikrincə, son illər postsovet coğrafiyasinda təşəkkül tapan yeni reallıqlar regional sabitlik və təhlükəsizliyə olan təhdidlər mövzusunda yeni çağırışlara səbəb olub. Konfliktlərin həll edilməsi problemi təkcə aid olduqları ölkənin və xalqın problemi olmaqdan çoxdan çıxıb. Bu konfliktlərə   regional təhdidlərin həll edilməsi kontekstindən baxmaq daha doğrudur: “Məsələ ondadır ki, konfliktlərin getdiyi nəzarətsiz zonalar terrorizmə, separatçılığa, ekstremizmə, silahların və narkotiklərin qanunsuz dövriyyəsi üçün münbit zonalara çevrilir. Bu isə ümumilikdə iqtisadi maraqlara və qlobal təhlüksəziliyə hədələr formalaşdırır. Son illər isə belə qanunsuz dövriyyə və terrorizm əleyhinə mübarizə yeni baxışlar, yeni alətlər formalaşdırıb və bu yeniliklər konfliktlərin həllində ənənəvi əməkdaşlıqdan daha səmərəli bir format tələb edir. Rusiyanın da bu prosesin bir hissəsi olmaqdan başqa çıxış yolu yoxdur. O üzdən Rusiya belə konfliktlərdə cinayətkar separatçı qüvvələri dəstəkləyib aqressiv görsənməkdənsə, konfliktin həlli təşəbbüsləri ilə ”sülhməramlılarını yeritmək” görünütüsünə üstünlük verir. İstənilən halda isə konfliktlər beynəlxalq hüququn ümumən qəbul edilən prinsipləri və normalarına uyğun olaraq, münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməlidir. SSRİ-nin bərpası haqqında danışsaq, Rusiya prezidenti  Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırıb və Rusiyada bütün siyasi qruplar bu fikirdə yekdildirlər. SSRİ-nin bu və ya digər formada bərpası postsovet ölklərinin mövcud ictimai-siyasi reallığında, sadəcə, mümkün deyil”.

Əhəd Məmmədli 

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, Rusiya bununla işğal edilmiş ərazini nəzarətdə, Ukraynanı özündən asılı vəziyyətdə saxlamaq istəyir. Ukraynanı şantaj etməklə “burada mən də varam” demək istəyir: “Rusiya postsovet məkanında bütün separatçı bölgələri dəstəkləyir. Və bununla da keçmiş müttəfiqləri Azərbaycan, Ukrayna, Gürcüstan, Moldovanı təzyiq altında saxlayır. Rusiyanın dəstəyi olmasa separatçılar ya məhv, ya da təslim olarlar. Rusiya Ukraynaya ordu yeritməklə Donbasın işğalını legitimləşdirmək istəyir. Bunu rus dünyası, rusdilli əhalini qorumaq adı altında etmək istəyir. Bunun davamı olaraq Donbasda ”kiçik Rusiya” dövləti qurmaq istəyir. Həmin əhaliyə rus pasportları verilib Abxaziya, Osetiya planını Donbasda davam etmək istəyir. Aşağı-yuxarı Rusiyanın hər yerdə nə etmək istədiyi bəllidir”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button