“Deyilənlər təsdiqlənərsə, o vaksin Azərbaycanda da istifadə olunmayacaq”

İnfeksionist: “İnsana hər iki doza eyni peyvənddən vurulmalıdır”

Dünyada və Azərbaycanda koronavirusla mübarizə tədbirləri davam etdirilir. Bir tərəfdən yoluxma sayı, yeni ştammlar artır, digər tərəfdən də vaksinasiya işləri aparılır.

ABŞ Prezidenti Co Baydensə əhaliyə çağırış edərək bildirib ki, 18 yaşdan yuxarı bütün əhali bu il mayın 1-dək COVID-19 virusuna qarşı peyvəndlənmək imkanına malik olmalıdır. Bayden qeyd edib ki,  ölkədə hər gün 2 milyonadək vaksinləmə aparılacaq.

Bu arada Azərbaycanda koronavirus infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər vəfat edib. Son günlər yoluxma sayında artım müşahidə edilir, sərt karantin tətbiq olunacaq deyirlər. Bununla bərabər vaksinasiya prosesi da davam etdirilir. 12 mart tarixi üçün Azərbaycanda yeni koronavirus  infeksiyasına qarşı 9 825 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 443 888 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Yeri gəlmişkən, Azərbaycan Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndindən əlavə, daha iki fərqli şirkətin COVID-19 əleyhinə vaksinini alır. Baş nazir Əli Əsədov koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə sərəncam imzalayıb. Ölkəmizə üç yüz min doza “Sputnik V” dərman vasitəsinin Azərbaycana idxalı nəzərdə tutulur. Bundan əlavə, Avropa istehsalı olan “AstraZeneca” vaksinlərinin gətirilməsi planlaşdırılır. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etmək tapşırılıb.

Artıq vaksinlərlə bağlı yeni suallar verilməkdədir. Məsələn, eyni adama vaksinin birinci dozası kimi Çin istehsalı olan “CoronaVac”, ikinci doza yerinə Rusiya və ya Avropa istehsalı olan vaksin vurula bilərmi?

Germany says AstraZeneca vaccine OK for over-65s after all | News | DW | 04.03.2021

Buradaca yada salaq ki, bir neçə ölkə “AstraZeneca”

peyvəndinin qanda laxtalanma kimi ölümcül mənfi və yan təsirlərə səbəb olduğu üçün vaksinasiyadan imtina etdiklərini açıqlayıb. Danimarka, İslandiya, Avstraliya, Luksemburq, Estoniya, Litva və Latviya eyni səbəblə “AstraZeneca” COVID-19  vaksinindən istifadəni dayandırıb.

Bəs görəsən, bütün bunlar Azərbaycanda da nəzərə alınacaqmı, gətirilən peyvəndlərin effektliliyi, təhlükəsizliyi nə dərəcədədir?

Mərdan Əliyev

Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyev bəzi məqamlara aydınlıq gətirdi: “Peyvəndlərin sifarişi çoxdan verilmişdi. Sadəcə indi gətirilir. Çünki istehsal olunduqdan sonra gətirilir. Vaksin bu gün sifariş olunan kimi gətirilmir. Bir neçə ay öncə sifariş olunur. Ona görə də indi yan təsirləri ortaya çıxıb, indi xəbər tuturuq. Açığı nə qədər düzgün məlumatdır bilmirəm. Mən də mediadan izlədim. Əgər dəqiq məlumatdırsa, ciddi yan təsirlər varsa, gətirilməsinə baxmayaraq həmin peyvənd istifadə olunmayacaq”.

İnfeksionist insana birinci və ikinci doza üçün fərqli peyvəndlərin vurulması məsələsinə də münasibət bildirib: “Vaksinlər ilk olaraq istehsal texnologiyasına görə fərqlənir. Çünki bizdə istifadə olunan  ”CoronaVac”ın texnologiyası başqadır. “CoronaVac” inaktiv vaksindir. Spitnik V-ni bilmirəm, amma “Pfizer” inaktiv vaksin deyil və saxlanma temperaturu da çox aşağıdır. Hər ehtimala qarşı istifadə etmək tövsiyə olunmur. Eyni vaksinin tətbiqi daha məsləhətlidir. Hazırda Çindən gətirilən vaksinin ikinci dozası vurulur. Əgər yeni vaksinlər tətbiq ediləcəksə, hər iki doza eyni peyvənddən vurulmalıdır”.

Hamısını Göstər

Related Articles

Back to top button