Koronavirusun Azərbaycan ştammı necə yarana bilər? – “Zəifləyir və yoxa çıxır”

Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində bildirib ki, ölkəmizdə də koronavirusun yeni ştammı yarana bilər.

“Britaniya ştammının hər hansı ölkə tərəfindən dayandırılması qeyri-mümkündür. Bütün bu ştammlar dünyaya yayılır. Bu mutasiyalar Azərbaycanda da baş verə bilər. Azərbaycanda da Britaniya ştammına uyğun bir hal yarana bilər”,-deyə o qeyd edib.

Maraqlıdır ki, yeni mutasiya necə yaranır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla cebhe.info-ya açıqlamasında deyib ki, bunun elmi əsasları var:

“Virusun çoxsaylı mutasiyaları var. Bəzi mutasiyalar isə dərhal bilinir, hansı ki, onun digərləri ilə müqayisədə müəyyən özəllikləri olur. Məsələn, Britaniya ştammı. Hətta mutasiyalar sırasında öldürücülük qabiliyyəti çox olanlara da rast gəlinir. O mənada Azərbaycanda da hansısa mutasiya forması ola bilər. Burada qəribə nəsə yoxdur. Sadəcə olaraq, virus mutasiya edərək zəifləyir və yoxa çıxır”.

Hamısını Göstər

Related Articles

Back to top button