Kəşfiyyatçıdan şok etiraf: “Türkiyəyə məğlub olduq”

Yunanıstan Milli Kəşfiyyat Xidmətinin (EYP) keçmiş əməkdaşı Savas Kalenderidis ölkəsi ilə Türkiyə arasındakı gərginlikdən danışıb.

Kalenderidis Yunanıstanın Aralıq dənizinin şərqində Türkiyəyə məğlub olduğunu bildirib.

“Təəssüf ki, araşdırıcı görüşlərdə Türkiyəyə bizi məğlub etməsinə imkan yaratdıq. Yunanıstan bu görüşlərdə türklərə uduzdu”, – kəşfiyyatçı qeyd edib.

O, Yunanıstanın Türkiyəyə qarşı sərt mövqe sərgilə bilmədiyini vurğulayıb:

“Yunanıstanın bu görüşlərdəki əsas xətası sərt şərtləri irəli sürə bilməməsində oldu. Nə Liviya, nə də Aralıq dənizi ilə bağlı məsələlərdə şərt irəli sürə bildik. Türkiyə bu görüşlərlə Avropa Birliyinin qapısını açdı. Təəssüf ki, artıq bundan sonra Türkiyəyə sanksiya tətbiq olunmayacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button