Azərbaycanlıları təhqir edən erməni işdən qovuldu

Ermənilərin yaşadıqları yerdən asılı olmayaraq nankor və ləyaqətsiz əməllərinə zaman-zaman rast gəlirik.

Qonşu Gürcüstanda doğulub böyüyən Jozef Kaşanyan sosial şəbəkədə paylaşdığı videoda azərbaycanlıları təhqir edib.

Əməkdaşlarımız erməni tibb işçisinin çalışdığı Qafqaz Tibb Mərkəzinə yollanaraq onun bu addımını yerindəcə araşdırıb.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze Jozef Kaşanyan tərəfindən edilən hörmətsizliyin qəbuledilməz olduğunu bildirib.

Natia Nutsibidze eyni zamanda nizam-intizam komitəsində Jozef Kaşanyan barəsində qərarın verilməsi ilə bağlı müzakirələrin davam etdiyini də qeyd edib.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze bizə oxu.az-a yazılı formada bildirib ki, rəhbərlik tərəfindən ciddi töhmət alan Jozef Kaşanyan işdən azad olunub.

Sosial şəbəkələrdə azərbaycanlıları təhqir edən Jozef Kaşanyan insanlıqdan uzaq olduğu kimi, artıq həkim olmaq istəyindən də uzaq qalmalı olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button