General Bujinski: “Ermənistanın niyə görə minalanmış sahələrin xəritəsini təqdim etmədiyini anlamıram”

“Ermənistan tərəfinin nəyə görə minalanmış sahələrin xəritəsini təqdim etmədiyini anlamıram”.

Bu sözləri Caliber.Az-a açıqlamasında Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Müqavilə İdarəsinin keçmiş rəisi, Beynəlxalq İşlər üzrə Rusiya Şurasının vitse-prezidenti, general-leytenant Yevgeni Bujinski Ermənistan tərəfinin II Qarabağ müharibəsinin bitməsindən dörd aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də Qarabağdakı minalanmış ərazilərin xəritələrini təqdim etməməsinə münasibət bildirərkən deyib.

“Əgər hərbi fəaliyyətlər başa çatıbsa, sülh yaradılıbsa, o zaman bu suallar işgüzar qaydada həllini tapmalıdır. Ermənistanın bunun müqabilində Azərbaycandan nəsə əldə etmək istəməsi istisna deyil. Ancaq düşünürəm ki, bu məsələ xoş niyyətlə həll oluna bilər və bu cür də həll olunmalıdır”, – deyə ekspert qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button