Bayden: “ABŞ Çini məsuliyyətə cəlb edəcək”
ABŞ prezidenti Co Bayden dövlət başçısı qismində özünün ilk mətbuat konfransını keçirib.
TASS xəbər verir ki, tədbir zamanı Ağ Evin rəhbəri bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb.
İlk növbədə o, ABŞ-ın Çini Tayvanla bağlı siyasətinə görə məsuliyyətə cəlb edəcəyini bildirib.
Prezident Şimali Koreyanı BMT TŞ-nin qətnamələrini pozmaqda ittiham edib və asiyalıların vəziyyəti gərginləşdirdikləri təqdirdə ABŞ-ın “lazımi şəkildə cavab verəcəyi” ilə hədələyib.
Bayden hazırda dünyada avtokratiya ilə demokratiya arasında mübarizənin getdiyini söyləyib.
ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması məsələsinə toxunan dövlət rəhbəri bunun may ayında reallaşdırılmasının çətin olacağını qeyd edib.
O, həmçinin mayadək ölkədə 200 min nəfərin koronavirusa qarşı peyvənd olunmasını hədəflədiklərini dilə gətirib.
ABŞ prezidenti öz sələfi Tramp üçün darıxdığını, lakin onu növbəti seçkilərdə özünə rəqib kimi görmədiyini də bildirib.