Ermənistanı niyə Rusiyaya təhvil verirlər: Rəsmi İrəvan müstəqillikdən imtina edə bilər
Rusiyanın Cənubi Qafqazda necə bir Ermənistan görmək istədiyi maraq doğurur; Əgər, Kreml Ermənistanı yenidən gücləndirəcəksə, Rusiyanın ondan kimə qarşı istifadə etmək niyyəti güdə biləcəyi barədə də elə indidən düşünmək lazımdır…
Ermənistanın müstəqilliyi formal xarakter daşıyır. Bu, inkaredilməz reallıqdır. Və bu reallıq Ermənistanın mövcud olduğu bütün dövr ərzində birmənalı şəkildə təsdiqləyib.
Erməni toplumunun özünə məxsus heç nəyi yoxdur. Bu toplumun özünün nəyisə qurub, yaratmasını sübut etmək mümkün deyil. Yəni, sahib olduqları hər şey ya qonşu ölkələrdən oğurlanıb, ya da nökərçilik etdikləri dövlətlər tərəfindən onlara verilib.
Erməni toplumunun hazırda yerləşdiyi coğrafi ərazinin Azərbaycanın tarixi torpaqları olduğu hər kəsə məlumdur. Onlar Çar Rusiyası tərəfindən həmin ərazilərdə yerləşdiriliblər.
Həmişə hərbi qələbələr ilə lovğalanırdılar. Ancaq heç vaxt özləri vuruşub, hərbi qələbə qazanmayıblar. Keçmiş SSRİ dağılarkən, Azərbaycan ərazilərinin bir hissəsini işğal etmişdilər. Halbuki bu da onların öz bacarığı deyildi. Rusiya ermənilərin əvəzinə işğalı reallaşdırıb, Ermənistanı qalib duruma gətirmişdi.
İkinci Qarabağ savaşında bu, birmənalı şəkildə təsdiqlənmiş oldu. Azərbaycan həmişə Ermənistan ilə təkbətək savaş imkanı qazanacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsini ən qısa zamanda həll edə biləcəyini bəyan edirdi.
Məhz elə belə də oldu. İlk dəfə Rusiya Ermənistanı Azərbaycan qarşısında tək buraxdı, bir müddət savaşa müdaxilə etmədi. Nəticədə Azərbaycan cəmisi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, ərazi bütövlüyünü reallaşdırdı.
İndi Ermənistan dövlətinin xəritədən silinmə ehtimalı yaranıb. Daxili çəkişmələr, siyasi və sosial-iqtisadi böhran Ermənistanı bir dövlət kimi çökdürməyə başlayıb. Artıq bu ölkənin ordusu demək olar ki, mövcud deyil. Aksiya keçirən erməni qadınlar belə, Ermənistan Müdafiə Nazirliyini iki gün mühasirədə saxlaya bildilər. Və belə bir başıpozuq bir ölkədə hələ də hərbi revanş ritorikasının olması sadəcə, gülünc görünür.
Ancaq gələcəyə yönəlik mövcudluq planları da qururlar. Cəmisi iki il Ermənistanın formal müstəqilliyini dəyişməyə cəhd etdilər. Ancaq bacarmadılar. Çünki Paşinyan hakimiyyətinin siyasi təxribatlarına cavab olaraq, Rusiya Ermənistana sərbəstlik verdi. Rəsmi İrəvana müstəqil olacaqları təqdirdə, Ermənistanı hansı təhlükələrin gözlədiyini anlatdı. Yəni, 30 illik işğal dövrü sona çatmaqla yanaşı, Ermənistanın mövcudluğu da real təhlükə qarşısında qaldı.
İndi Ermənistanda Rusiyanın himayəsi altından çıxmaq cəhdlərinin böyük səhv olduğunu artıq daha yaxşı anlayırlar. Ona görə də, yenə Kremlin ətəyindən yapışıb, regionun xəritəsindən silinmək təhlükəsindən xilas olmağa çalışırlar.
Məsələ ondadır ki, ermənilər yenidən Ermənistanı Rusiyanın siyasi idarəçiliyi altına buraxmaq qərarı veriblər. Növbədənkənar parlament seçkiləri keçirmək istəyirlər. Ancaq Ermənistana rəhbərliyi özləri seçmək niyyətləri yoxdur. Kremlə yalvarırlar ki, Ermənistanın ən doğru siyasi rəhbərliyini seçsin.
Ermənistan üçün tam bir iflas dövrü başlayıb. Bir dövləti bütün dünyada bundan artıq biabır etmək yəqin ki, mümkün deyil. Azərbaycan Ermənistan ordusunu darmadağın edib. Rəsmi İrəvan isə indi Ermənistan Rusiyadan yeni ordunun qurulmasını xahiş edir. Kremldən silah-sursat dilənir.
Yəni, Ermənistan özünə ordu qurmağa qadir deyil, silah-sursat almağa pulu yoxdur. Bu ölkənin dövlət büdcəsi xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunun ianələri hesabına formalaşır. Və bütün bunlar Ermənistan adlı dövlətin mövcudluğunun əslində, formal xarakter daşıdığını göstərir.
Ermənistan prezidenti Armen Sarkisyanın son açıqlaması isə ümumiyyətlə, əsl skandaldır. Belə ki, Ermənistan prezidenti ölkəsinin gələcəyi ilə bağlı konkret qərar verilməsi üçün Rusiyanı tələsdirir: “Rusiya necə bir Ermənistan görmək istədiyinə qərar verməlidir!”
Belə bir açıqlamanın özünü müstəqil dövlət hesab edən ölkənin prezidentinin dilindən çıxdığına inanmaq çətindir. Hər hansı normal bir ölkədə belə bir açıqlama verən prezidenti nəinki istefaya məcbur edərdilər, hətta onun vətəndaşlığını əlindən alıb, qovardılar. Və normal ölkələrdə bu dövlətə xəyanət kimi dəyərləndirilırdi.
Ancaq göründüyü kimi, Ermənistan normal ölkə deyil. Bu “dövlət” Rusiyanın geopolitik uydurmasıdır. Ona görə də, Ermənistanın necə dövlət olacağına Rusiyanın qərar verməsini istəyirlər.
Belə anlaşılır ki, ermənilərin necə bir Ermənistan görmək istədikləri qətiyyən əhəmiyyət daşımır. Əslində, nə qədər qəribə görünsə də, burada müəyyən qədər məntiq də olmamış deyil. Çünki ermənilər özlərinin dövlət qurmaq qabiliyyətlərinin olmadığını anlayırlar.
Eyni zamanda, uydurma şəkildə Ermənistan adlandırılan coğrafi ərazinin də onlara məxsus olmadığını hamıdan yaxşı bilirlər. Və 44 günlük savaşdan sonra bu uydurma dövlətin mövcudluğunun da məhz Rusiyadan birbaşa asılı olduğuna artıq tam əmindirlər.
Ona görə də, heç bir normal ölkənin prezidentinin ağlının ucundan belə, keçirməyəcəyi təhqiramiz bir sualı Ermənistan prezidenti utanmadan rahatca dilinə gətirə bilir. Yəni, Ermənistanın siyasi dairələri ölkəni əsl sahibinin – Rusiyanın ixtiyarına buraxmaq qərarı verib.
İndi bundan sonra Ermənistanın mövcudluğu konkret Kremlin qərarları ilə təmin ediləcək. Kreml Ermənistanda prezidenti, baş naziri, nazirləri və parlamentin üzvlərini təyin edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan və keçmiş prezident Robert Köçəryan hazırda Kremldən təyinat qoparmaq üçün bütün vasitələrdən istifadə edirlər.
Rusiya Ermənistana yenidən ordu da yaradacaq. Bu ölkənin müdafiə naziri Sergey Şoyqu Ermənistan ordusunun Rusiyaya lazım olduğunu artıq rəsmən bəyan edib. Niyə lazım olduğunu aydınlaşdırmasa da, onun dedikləri Rusiyanın Ermənistanı yenidən silahlandırmağa hazırlaşdığına şübhə yeri buraxmır.
Göründüyü kimi, reallıqda Ermənistan dövləti artıq demək olar ki, yoxdur. Bundan sonra Ermənistan Rusiyanın qeyri-rəsmi quberniyası kimi mövcud olacaq. Kremldən hansı təlimat gəlsə, rəsmi İrəvan onu qeyd-şərtsiz yerinə yetirəcək. Ermənistanın xarici ölkələr ilə münasibətlərini də məhz Rusiya tənzimləyəcək. Və rəsmi İrəvanın yaxın gələcəkdə müstəqillikdən imtina edə biləcəyi də qətiyyən istisna deyil.
Bütün bunları nəzərə aldıqda, Kremlin Cənubi Qafqazda necə bir Ermənistan görmək istədiyi maraq doğurur. Əgər, Kreml Ermənistanı yenidən gücləndirəcəksə, Rusiyanın ondan kimə qarşı istifadə etmək niyyəti güdə biləcəyi barədə də elə indidən düşünmək lazımdır.