Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədilə reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, reydin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsindən ibarət olub. Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb, onların mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. Atmosferə normadan artıq dəm qazı buraxan 18 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.





