Azərbaycan bu halda hərbi əməliyyatlara başlayacaq və separatçıları məhv edəcək – Açıqlama
“Ermənistanda revanşistlər hakimiyyətə gələcəksə, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizinin açılması üçün hərbi əməliyyatlar keçirməsi mümkündür”.
Bu fikirləri konkret.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, bu dəhlizin açılması regionda yeni siyasi-iqtisadi nizam formalaşdıracaq: “Azərbaycan seçkidə Paşinyanın qalib gəlməsini gözləyir. Paşinyan qalib gələcəyi təqdirdə Mehri dəhlizinin açılmasına gedəcək. Amma, Azərbaycan fors-major situasiyalara hazır olmalı və Zəngəzur dəhlizinin açılması üçün bütün rıçaqları işə salmalıdır. Prezident İlham Əliyevin Zəngəzurla bağlı verdiyi bəyanat Ermənistanda ciddi böhrana səbəb olub. Məhz ertəsi gün Zəngilan və Qubadlı istiqamətində Ermənistanın atəş açması Rusiya tərəfindən həyata keçirilib və məqsəd Azərbaycana təzyiq etməkdir. Azərbaycanın cavab atəşi açmaması, məhz bu təxribatda Rusiyanın əlinin olmasından irəli gəlir”.

Politoloq əlavə edib ki, Ermənistanda siyasi vəziyyətin mürəkkəbləşəcəyi və seçkilərdə Paşinyana qarşı növbəti hərbi qiyamın olacağı mümkünə çevrilə bilər: “Ona görə də Azərbaycan Zəngəzurla bağlı öz strategiyasını həyata keçirəcək və Naxçıvanla birbaşa əlaqə təmin edikəcək. Türkiyədə bu prosesdə var. Zəngəzuz məsələsinə görə Naxçıvanda Türkiyə hərbi kontingenti Əlahiddə Ümumqoşunla birgə təlimlər həyata keçirir. Azərbaycan Mehriz dəhlizini açdıqdan sonra. Qarabağdakı separatçıların aradan götürülməsi baş verəcək. Mehri dəhlizin açılması ilə Azərbaycan növbəti siyasi-hərbi qələbəsini təmin edəcək”.



