DSX-dən hərbçilərin qalmaqallı görüntüləri ilə bağlı açıqlama
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinin qalmaqallı videogörüntüləri yayılıb.
Videogörüntülərdə iki nəfər DSX hərbçisi digərlərinin kürəyinə “Şəmkir” yazaraq, əslən Şəmkirdən olanlara salam göndərdiklərini qeyd edirlər.
Yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ünvanladıq. DSX-nin mətbuat xidmətinin rəhbəri Maya Şərifova açıqlamasında bildirib ki, sözügedən videogörüntülərin işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində ötən il baş verdiyi müəyyən olunub:
“Bütün hallarda məsələ ilə bağlı DSX rəisinin göstərişi əsasında araşdırma aparılır”.



