Türkiyə Müdafiə Nazirliyindən uğurlu əməliyyat: Terrorçulara aid sənədlər ələ keçdi
Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında apardığı “Pençe-Yıldırım” əməliyyatında altı PKK terrorçusunu zərərsizləşdirib.
Bu barədə nazirliyin “Twitter” hesabında qeyd edilir.
Terrorçularla yanaşı mağarada PKK-ya aid çox sayda silah, sursat və sənəd ələ keçirilib.



