MN niyə “cavab atəşi” açmır? – Polkovnik

Müdafiə Nazirliyinin verdiyi açıqlamadan da aydın olur ki, düşmənin istənilən təxribatlarına qarşı Ordumuz hazırlıqlıdır, yəni hazırda bu istiqamətdə vəziyyət sabitdir.

Bu sözləri Axar.az-a açıqlama verən hərbi ekspert, polkovnik Şair Ramaldanov 44 günlük Vətən müharibəsindən sonra sərhəddə atəşkəs pozularkən, Azərbaycan MN-in “düşmən cavab atəşi ilə susdurulub” ifadəsindən istifadə edilməməsinin səbəbləri haqda danışarkən deyib.

Ekspert qeyd edib ki, mahiyyət etibarilə “hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır” açıqlaması ilə “düşmən cavab atəşi ilə susdurulub” ifadəsi arasında heç bir fərq yoxdur:

“Bildiyiniz kimi, 44 günlük müharibə 10 noyabr tarixli bəyanat ilə başa çatsa da, Ermənistan-Azərbaycan dövlət sərhədində demarkasiya və delimitasiya prosesi davam edir. Bu prosesin tam dinc şəraitdə keçməyəcəyi öncədən bəlli idi. Ermənistan silahlı bölmələrinin son günlər Kəlbəcər və Tovuz istiqamətindən atəşkəsi pozma hallarının baş verməsi də bununla əlaqəlidir. Eyni zamanda hamı bilməlidir ki, düşmənin istənilən təxribat və diversiya hücumlarına qarşı Ordumuz hazır vəziyyətdədir, yəni əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.

Hamısını Göstər

Related Articles

Back to top button