“Polisə Dəstək” İB-nin sədri Vilayət Eyvazovu doğum günü münasibətilə təbrik edir

Çox hörmətli Vilayət müəllim!
Cənab General-polkovnik!

Doğum gününüz münasibətilə səmimi və xoş təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Vətən, milli ləyaqət və şərəf uğrunda başlanan 44 günlük savaşda Azərbaycan xalqı ucaldı, ordumuzun qəhrəmanlıq, fövqəladə dərəcədə cəsarət nümunələri dünyaya ibrət dərsi oldu.

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin döyüşlər ərəfəsində  dünyanın nüfuzlu televiziya kanallarına – aparıcıların qıcıqlandırıcı suallarına diplomatik cavabları hamını heyrətə gətirdi. Əslində möhtərəm Prezident diplomatiya və siyasi şahmat lövhəsində dünya liderlərinə  də görk olacaq bir oyun göstərdi.

Qeyd etdiklərim Türk Dünyasının fəxarət güzgüsüdür!

İndi Azərbaycan Xalqı üzü ağ, xoş günlərini yaşayır.  Heç vaxt unudulmaz və həmişə xatırlanacaq  bu müqəddəs günlərin qazanılmasında Azərbaycan polisinin, canlarından keçib rəşadət və cəsarət nümayiş etdirən hər bir Azərbaycan vətəndaşının payı var. Tanrı mükafatlarını versin, Amin!

Qələbə ovqatı ilə həyat tərzi davam edir. Belə bir vaxtda doğum gününüzlə bağlı təbriklər də yerinə düşür.

Çox hörmətli Vilayət müəllim!

Ölkədə ictimai təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən intensiv tədbirlər asayişin qorunmasına, sabitliyin  davamlı və dayanıqlı olmasına xidmət etdiyindən ümumxalq məmnunluğu üçün danılmaz əsas yaradır.

 Uca Tanrıdan Sizə, əzizlərinizə və yaxın ətrafınıza sağlam həyat, şərəfli missiyanızda isə uğurlar arzulayıram.

Səmimi hörmətlə: 

Şəmsəddin Əliyev
“Polisə Dəstək “ İB-nin sədri
“polise.az” – xəbər saytının şef redaktoru

Hamısını Göstər

Related Articles

Back to top button