Oğuzda karantin qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib

Oğuz Rayon Polis Şöbəsinin və digər aiddiyyatı qurumların əməkdaşları tərəfindən birgə keçirilən monitorinqlər zamanı  rayonun Xaçmaz kəndi ərazisində yerləşən “Dream Park” restoranında təşkil edilən toy mərasimində pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, yoxlama zamanı bir masa arxasında müəyyən edilən say həddindən, yəni 6 nəfərdən artıq qonağın əyləşdiyi, eləcə də karantin rejiminin digər qaydalarına riayət edilmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı obyekti işlədən İqrar Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.

Hamısını Göstər

Related Articles

Back to top button