Türkiyə səfiri azərbaycanlılara dəstək üçün aksiyaya qatıldı
Soydaşlarımızın Praqadakı Azərbaycan səfirliyinin önündə Ermənistanın təxribat cəhdlərinə etiraz əlaməti olaraq keçirdiyi aksiyaya Türkiyənin Çex Respublikasındakı səfiri Egemen Bağış qatılıb.
Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Qeyd edək ki, aksiya Çexiyanın paytaxtı Praqa şəhərində “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının təşkilatçılığı ilə keçirilib.