Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – Bu dəfə Qarabağda
Dünyanın tanınmış media qurumu Qüds əl-Ərəbi saytında Qarabağla bağlı geniş yazı dərc edilib. //www.alquds.co.uk/المواجهة-الثالثة-بين-تركيا-وروسيا-ـ-نا/
Saytın oxucu kütləsinin çoxluğunu və əhatə dairəsini nəzərə alıb həmin yazının Azərbaycan dilində tərcüməsini təqdim edirik.
Suriya və Livyadan sonra indi növbədə Azərbaycan və Ermənistandır. Qarşıdurma 2 rəqib qonşu arasında baş verir. İki ərəb ölkəsində Türkiyə və Rusiya hərb meydanında qarşılaşaraq, məsələni sülh yolu ilə həll etməyə çalışırlar. Eyni situasiya ilə üzləşmiş Dağlıq Qarabağ Ermənistan tərəfindən 1993-cü ildən işğal olunub. Sovetlər Birliyinin dağılması ilə iki ölkə arasında Dağlıq Qarabağ uğrunda 1991-ci -1994-cü illərdə davam edən döyüşlərin ardınca bu ilin iyul ayının 12-də tərəflər arasında yenidən qadşıdurma yarandı.
Azərbaycan müsəlman ölkəsi olsa da, konstitusiyasına görə dünyəvi dövlətdir. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Sovetlərin süqutundan sonra yenidən müstəqillik qazanmış Azərbaycan – Türkiyə, eləcə də qonşu Ermənistanın kiçik ordusunun təliminə və silahlanmasına nəzarət edən Rusiya Federasiyası ilə möhkəm əlaqələr qurdu. Maraqlıdır ki, Azərbaycan türklərinin çoxu şiə məzhəbinə etiqad etsəsaytında lər də, İran Rusiya ilə birlikdə Ermənistana dəstək oldu.
Azərbaycan 20 il ərzində təlim keçərək güclü ordu qurmağı bacardı. Bunu son zamanlar baş verən hərbi qarşıdurmalar da sübut etdi. Həm də son toqquşmalar sübut etdi ki, münaqişənin dondurulması onun sonu demək deyil. Belarusun başkəndi Minskdə Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli üçün (Fələstin-İsrail münaqişəsinin həlli üçün də) Rusiya, ABŞ və Fransadan ibarət olan ATƏT-in Minsk qrupu yaradılmışdır. Azərbaycan bu komissiyanın Ermənistanın xeyrinə qərəzli olduğunu, münaqişəni onun hüquqlarını bərpa edəcək şəkildə həll etməyəcəyini, ermənilərin mübahisəli əraziləri işğal edəcəyini və sonradan işğal etdiyi əlavə torpaqları tərk edəcəyini əvvəlcədən görürdü. Ona görə də digər bir qrup münaqişənin hər iki tərəfin iştirakı ilə görüşləri izləməyə dəvət edildi. Lakin bu qrup heç bir irəliləyiş əldə edə bilmədi.
Görünən budur ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hücumlarda, ermənilər Azərbayacanın nəbzini sınamaq istədi və 3 əsgəri şəhid oldu, 4-ü yaralandı. Lakin Azərbaycan Ordusu gözləmə mövqeyində idi və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasına 13 iyulda göndərdiyi rəsmi məktubunda deyildiyi kimi “Düşmənin provokasiyalarının qarşısı lazımınca alınacaq” cavabını verdi.
O, məktubunda Ermənistanın Rusiya Federasiyasının bu münaqişədəki rolunu açıq şəkildə vurğuladığını və “Ermənistan-Azərbaycan münaqişəsində üçüncü tərəfləri cəlb etməyə çalışdığını” göstərdi.
Ermənistan-Azərbaycan münaqişənin kökləri
İki dövlət – Ermənistan və Azərbaycan – Sovet İttifaqının tərkibində iki müttəfiq respublika idi.1988-ci ilin sonlarında Sovet İmperiyası orijinal komponentlərinə qayıdaraq çökməyə başladı. Ermənistan 21 sentyabr 1991-ci ildə SSRİ-dən ayrıldığını elan etdi. Türk mədəniyyəti və tarixini yaşadan 6 ölkədən biri olan Azərbaycan isə 30 avqust 1991-ci ildə müstəqilliyini bəyan etdi. Sonra Türkiyənin təşəbbüsü ilə Beynəlxalq Türk Mədəniyyəti təşkilatını (Türksoy) yaratdı. Heydər Əliyev ölkənin ilk prezidenti oldu, sonra isə oğlu İlham Əliyevə miras qoydu.
Ölkə, ixracının əsasını neft və qaz resursları təşkil etməklə, gündə bir milyon barel neft ixrac edir. 2006-cı ildən bəri neft ixrac etmək üçün Azərbaycandan Türkiyənin Ceyhan limanına qədər boru kəməri inşa olunub. Neft və qaz gəlirləri on milyonluq ölkənin infrastrukturunun, sənaye və turizm sahələrinin, eləcə də əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına yatırılıb.
Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir olub Ermənistanla sərhəddə yerləşir, Sovet dönəmində əhalisinin əksəriyyəti ermənilərə çevrilib.1988-ci ildən Ermənistan öz hegemonluğunu bölqəyə yaymaqla Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.
1991-ci ildə başlamış hərbi münaqişə 3 il davam edib. Ermənistan Dağlıq Qarabağ bölgəsini ələ keçirərək, on minlərlə erməninin öldürüldüyünü iddia edərək, Azərbaycan kəndlərini viran qoydu və bir milyona yaxın Azərbaycanlı öz ölkəsində köçkün oldu. Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycanın müstəqillik ərəfəsində parçalanma ərəfəsindən və zəifləməsindən faydalanaraq ərazisi 9%-ə bərabər olan bölgəyə bitişik yeddi rayonunu da işğal etmişdir. Ümumilikdə, Azərbaycan torpaqlarının təxminən 20%-ni Ermənistanın işğalı altındadır.
Bu münaqişə nəticəsində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul edib, onlardan birincisi, 30 aprel tarixli 822 nömrəli qətnamənin ilk bəndində “bütün işğalçı qüvvələrin Kəlbəcər və digər Azərbaycan bölgələrinin bu yaxınlarda işğal edilmiş ərazilərindən dərhal çıxarılmasına” tələb olunurdu. Sonra iyul ayında 853 saylı qətnamə, oktyabrda 874 saylı qətnamə, daha sonra 12 noyabr tarixində 884 saylı qətnamə qəbul olunmuşdu, bu da Ermənistanın atəşkəs rejimini pozmasına, hərbi əməliyyatların yenidən başlanmasına və Azərbaycanda, o cümlədən Horadiz şəhərini və Zəngilan rayonunu işğal etməsinə şərait yaratdı. Lakin “Minsk” qrupu döyüşlərin dayandırılmasına vasitəçilik etdi və vəziyyət bu müddət ərzində nə sülh, nə də müharibə olduğu kimi qaldı. Biz bilirik ki, münaqişənin dondurulması onun sonu demək deyil və ya hərbi yolla həll olunana kimi yenidən alovlanacaqdır.
Azərbaycan daha güclü mövqedədir
Bütün vasitəçilər münaqişəni sülh yolu ilə həll edə bilməlidir, BMT, ATƏT-in Minsk qrupu, əhalisi 3 milyona çatmayan Ermənistanın müdaxiləsi səbəbindən nəticəsiz qaldı və bu mövqe Azərbaycanın Türkiyə və ABŞ ilə əlaqələrini gücləndirməsinə, hərbi imkanlarını artırmağına və ordusunun təkmilləşdirməsinə səbəb oldu. Artıq Azərbaycan Türk hərbiçilərinin nəzarəti altında müasir, inkişaf etmiş silahlı bir ordu quraraq gücünü və mütləq rahatlığını bərpa etmək iqtidarındadır. Sonuncu dəfə 2016-cı ildə Bakıya gələndə öyrəndim ki, işğal olunmuş ərazilər məsələsi Azərbaycan xalqının daim diqqətindədir. Vətənin bu dilbər guşəsinə qayıtmaq üçün qətiyyət ya dinc, şərəfli bir həll yolu və ya güc yolu ilə güzəştə getməyən bir şeydir. Son vaxtlar BBC-də işləyən və hazırda Bakı Dövlət Universitetində müəllim işləyn və rəsmi televiziya ilə əməkdaşlıq edən jurnalist həmkarım Almaz Mahmudla son döyüşlər haqqında sadə insanların fikirlərini öyrənmək üçün söhbətləşdim. Almaz təsdiqlədi “Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır, bununla bağlı BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə çıxarıb, ancaq buna əməl olunmur. Erməni qüvvələri təcili və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən, təkcə Dağlıq Qarabağ deyil, eyni zamanda bölgəyə bitişik yeddi rayondan da çəkilməlidir. Minsk qrupu münaqişənin həllinə vasitəçilik etsə də səyləri heç bir nəticə vermədi.
Son döyüşlər bütün zümrədən olan insanların erməni təcavüzünün qarşısında güclü bir mövqe tutan ordunun mövqeyini öyrənməyə sövq etdiyinı ortaya qoyur”. Jurnalist Almaz məni inandırdı ki, münaqişənin hərb yolla həllini istəyənlərin sayı çoxdur.
“Hökumətə və Milli Orduya dəstək yürüşü 14 iyul-da axşam saatlarında Bakının mərkəzində başladı. Bir neçə min gənc paytaxtın mərkəzi küçələri bayraqları dalğalandıraraq, “Qarabağ bizimdir”, “Yaşasın Ordu” kimi boyunca milli şüarlar səsləndirirdi. Azərbaycanın minlərlə vətən övladı-həm ölkə daxilində, həm də xaricində özlərini könüllü elan etdilər, müharibə əlilləri, veteranları Müdafiə Nazirliyinə hərbi xidmətə çağırılmaqları üçün müraciət etdilər.
Ölkə indi qaynayır və Rusiyanın Ermənistanın arxasında olduğunu qeyd etməsi,Türkiyə ilə münasibətləri getdikcə gücləndirməyə təkan verdi. Çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müttəfiqi Azərbaycanı tək qoymayacağını elan etdiyi kimi, təxminən iki həftə Azərbaycan Ordusu ilə birgə təlimlər keçirəcəyini elan etdi.
Azərbaycan 27 ildir ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışır, lakin nəticə yoxdur. Azərbaycan yenə də iki ölkə üçün münaqişənin qarşısını alan ədalətli həll yolunu axtarır, ancaq xalq artıq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən bu hərəkətsizliyə və dinc, şərəfli həll yolunun olmamasına dözmür. Azərbaycanın spikerinin dediyi kimi “zorla alınan şey yalnız güclə bərpa olunur”.
Əbdülməcid Siyam
Nyu-Cersi ştatı, Rutgers Universitetinin Orta Şərq Araşdırmaları mərkəzinin müəllimi