İmişli RPŞ DYP böməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobildən sənədsiz ov silahları aşkarlandı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini Rüfət Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı R.Əliyevə və sərnişini Emil Musayevə məxsus müvafiq sənədləri olmayan iki ədəd “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır. Həmin silahların hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button