İsmayıllıda narkotik satan şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin  Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı evində narkotik vasitə gizlətməkdə şübhəli bilinən Tircan kənd sakini, əvvəllər də məhkum olunmuş Sarvan Fətullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbalarda və kibrit qutularında satış məqsədilə saxladığı, ümumi çəkisi 1 kiloqram 83 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Fətullayevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button