Nazarbayevin ömürlük sədrliyi ləğv edildi
Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) keçmiş prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına (QXA) və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.
Bu barədə deputat Kanat Nurov bildirib.
Onun sözlərinə görə, konstitusiya qanunlarına QXA və Təhlükəsizlik Şurasına sədrliyin qanuni olaraq şəxsiyyətinə görə deyil, vəzifəsinə görə Qazaxıstan Respublikasının Prezidentinə məxsus olması ilə bağlı bütün zəruri düzəlişlər senata göndərilib.
Qeyd edək ki, Nazarbayev QXA rəhbərinin səlahiyyətlərini 2021-ci ildə, Təhlükəsizlik Şurasının sədri postunu isə ölkədə baş verən son kütləvi iğtişaşlar zamanı ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə təhvil verib.