Kürdəmirin icra başçısı vəzifəsindən azad edildi

Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb.

Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button