Paşinyan sülh sazişinə qarşı çıxdı, şərt qoydu

Erməni baş nazirin parlament müzakirələrində erməni cəmiyyəti ilə müzakirə olunmadan, həm də “Dağlıq Qarabağ sakinləri”nin taleyinə aydınlıq gəlmədən hər hansı sülh sənədinin imzalanmasını istisna etməsi təəccüblü deyil, əksinə…

Bəribaşdan deyim ki, Ermənistanla sülh razılaşmasının tezliklə imzalanacağı haqda optimzmi heç vaxt bölüşməmiş. Bu tarixi düşmənçilik torpaqlarımızın işğalına aparan son 30 ilin işi deyil. Bizim üçün bəlkə də elə hesablana bilər, çünki 70 illik sovet tarixi ermənilərin genetikasında daşıdıqları bu tarixi düşmənçiliyi ört-basdır edib. Yəni bizim üçün müasir tarixdə bu 30 ildirsə, ermənilər 100 ildən çoxdur giyena kimi türk qanı ilə bəsləniblər, bir gün də olsa, türkə düşmənçilikdən vaz keçməyiblər. O səbəbdən, mütləqdir ki, sülh danışıqlarının perspektivinə Qarabağdakı tarixi qələbəmizdən əvvəl, 100 ilin pəncərəsindən baxaq. O pəncərədən isə 1918-ci mart soyqırımından başlamış Xocalı soyqırımınadək faciələr də var. Üstəlik, 100 ildir dünyanın ən müxtəif yerlərinə səpələnmiş bu toxum hər yerdə özlərini “əzilmiş və incidilmiş xalq” kimi təqdim ediblər, ağlayıb-sıtqayıb “erməni soyqırımı” dedikləri yalana çoxlarını da inandıra biliblər, bu yalançı tarix üzərində təbliğat-lobbi qurublar. Mifik xətirtələr tərtib edib dənizdən-dənizə “Böyük Ermənistan” xəyalını şüuraltında gerçəklik kimi qəbul ediblər.

Qarabağda başlarına dəyən “dəmir yumruq” onları reallığa qaytarıb. Amma genetika xarabdır, özünü göstərir. Sülhdən əvvəl, bu millətin böyüdüyü südə baxmalıyıq…

Türkiyə ilə guya əlaqələrin yaradılması, sərhədlərin açılması da yalnız erməni hiyləsidir. Bu, gücdən düşmüş, ordusu məhv olmuş, dizüstə qalmış Ermənistanı yenidən ayaqlandırmaq üçün zaman qazanmaq cəhdidir.

son abzasa.jpg (425 KB)

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 22-də parlament müzakirələrində yenidən köhnə havaya qayıtması, erməni cəmiyyəti ilə müzakirə olunmadan, həm də “Dağlıq Qarabağ sakinləri”nin taleyinə aydınlıq gəlmədən hər hansı sənədin imzalanmasını istisna etməsi təəccüblü deyil, əksinə gözlənilən açıqlamadır. Paşinyan xalqının əhval-ruhiyyəsini yaxşı bilir, indi yadınamı düşdü erməni cəmiyyəti ilə müzakirə? Əlbəttə, yox. Erməni cəmiyyəti başına nə qədər müsibət gəlir-gəlsin, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır deyil. Bunun üçün bu millətin bəlkə də ən azı üç nəsli dəyişməlidir, daha ağıllı, daha irəli baxan adamlar formalaşmalıdır. Bu nəsil bizim başımıza qırğınlar gətirənlərin yaxın törəməlidir. Onlar heç vaxt Azərbaycanla sülh razılaşmasını həzm edə bilməzlər. Onlar Qarabada tarixi məlubiyyəti “yedilər”, amma tarixi düşmənçilikdən vaz keçirən sülh sazişini “yemək istəmirlər”. İstəyirlər ki, uşaqlarının beşiklərinin başında yenə “türk sənin düşmənindir” “lay-layını” oxusunlar, yalançı tarixi köklərindən nağıllar danışsınlar. Bu, bir ermənizm terrorçuluğudur, öz gələcəklərini zəhərləmək cəhdidir. Sülh razılaşmasına əngəlin kökü budur…

Paşinyanın sülh razılaşmasını yenidən “artsax”ın taleyinə bağlaması, hansısa təhlükəsizlik zəmanəti istəməsi də sadəcə, bəhanədir. Paşinyanı erməni siyasi isteblişmentinin içərisində guya ən ağıllısı hesab edirik. Amma ağıllı və realist olmaq hələ əxlaqlı olmaq demək deyil. Paşinyan da pozulmuş erməni əxlaqının, psixoz erməni cəmiyyətinin təmsilçisidir, onlardan biridir. Onun da bir yerə qədər getmək olar, sonra o da öz erməni xislətini mütləq göstərəcək. Paşinyan bunu birinci dəfə etmir. Gah deyir, Qarabağdan vaz keçməliyik, gah da belə sərsəmləyir…

paş.jpg (49 KB)

Onun Moskvadan qayıtdıqdan sonra bu bəyanatı verməsinin Kremldə qulağına deyilən təlimat, bəlkə də verilən hansısla vədlərlə bağlı olduğunu düşünə bilərik. Rusiya sülh sazişinin imzalanmasını belə tezlikləklə istəmir. Niyə istəmədiyinin səbəbləri də məlumdur. “Erməni kartı” hələ də işə yarıya bilər. İşğal bitib, amma Qarabağda erməni qaldıqca, demək “qaşınmayan yerdən qan çıxarmaq” hər zaman mümkündür. Türkiyə ilə yaxınlaşma da Moskvanın maraqlarında deyil. Ermənilər Türkiyə üçün təhlükə deyillər, türk ordusu 1 günə İrəvanın altını-üstünə çevirir. Amma qıraqdan bu düşmənçiliyin davam etməsi Rusiyaya sərf edir…

Paşinyanla yol(a) getmək, ona inanmaq əlbəttə ki, mümkün deyil. Azərbaycan öz sülh təkliflərini edib, dünya birliyi də buna dəstək verib. O halda, Azərbaycan kiməsə sülh üçün dil tökəsi deyil. Bizim əsas yolumuz güclənməkdən keçir. Sülh istəyirsənsə, müharibəyə həmişə hazır olmalısan…

Hamısını Göstər

Related Articles

Back to top button