5 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Badamdar qəsəbəsi ərazisində 5 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aqşin Hüseynli saxlanılmışdır. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da müəyyən edilmişdir.