Balakəndə narkobaron helikopterlə tutuldu

“Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən  tədbirlərlə narkobaron saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “polise.az“a verilən məlumata görə, rayonun Mahamalar kənd sakini Kamal Sultanovun yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində helikopterlə həmin ərazi havadan müşayiət edilən zaman orada narkotik tərkibli bitkilərin becərilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə əməliyyat-istintaq qrupu K.Sultanovun yaşadığı ünvana cəlb edilib və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman  bostan bitkilərinin arasında əkib-becərdiyi, ümumi çəkisi 34 kiloqrama yaxın olan 587, həmçinin dibçəklərdə kultivasiya yolu ilə yetişdirdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb. Araşdırma zamanı həmin şəxsin narkotik vasitəni bir müddət əvvəl becərdiyi, onlara xüsusi qulluq göstərdiyi və yetişdirib, qurutduqdan sonra isə satmaq məqsədində olduğu məlum olub.

Qeyd edək ki, Kamal Sultanov rayon ərazisində narkobaron kimi tanınır və bir neçə dəfə törətdiyi əməllərə görə, cinayət məsuliyyətindən yayınmağa cəhd edib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, K.Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Balakən Rayon Polis Şöbəsi, Daxili Qoşunlar,  Dövlət Sərhəd Xidməti və Zaqatala Dövlət Təbiət qoruğunun əməkdaşları tərəfindən birgə keçirilən digər bir tədbir nəticəsində isə rayonun Gərəkli kəndi ərazisindəki meşə massivində kultivasiya yolu ilə yetişdirilən  narkotik tərkibli bitkilər aşkar edilib.

Mənbə
sfera.az
Hamısını Göstər

Related Articles

Back to top button