Türkiyə NATO-dan çıxarıla bilər?

İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olması Türkiyənin Alyansdan kənarlaşdırılması ilə nəticələnə bilər.

Bunu CNN-in analitiki Devid Andelman deyib.

“Xüsusilə Ərdoğan üç il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı artıq fikirlər səslənib. Amma bu addım NATO-nun strateji vacib regionda mövqelərini zəiflədə bilər. Çox az adam NATO-da ABŞ-dan sonra ən böyük, xüsusən də strateji Bosfor boğazına nəzarət edən və Qara dənizə çıxışı olan ən böyük ordunu itirmək riskinə razı olardı”, – Andelman bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button