Rusiya qoşunlarının yenidən Kiyevə hücumu gözlənilir

Kiyev Müdafiə Briqadasının nümayəndəsi Andrey Kovalyov Rusiyanın bu istiqamətdə cənub-şərqdən əlavə “ikinci cəbhə” aça biləcəyindən danışıb.

Xüsusilə onun sözlərinə görə, Ukraynanın şimal sərhədində, Belarusda rus qoşunlarının yeni bölmələri yenidən cəmləşib, batalyon taktiki qrupları formalaşdırılıb.

“Bundan əlavə, düşmənin pilotsuz təyyarələri ölkəmizin sərhədini keçərək vəziyyəti kəşf etməyə çalışır.

Kovalyov qeyd edib ki, Kiyevdə raket hücumları təhlükəsi qalmaqdadır. Onun sözlərinə görə, kiyevlilər bunun üçün ehtiyatlı olmalıdırlar, çünki şimaldan gələn təhlükə aradan qalxmayıb.

“Kiyev üçün terror əməliyyatı təhlükəsi, ballistik və qanadlı raketlərdən atəşə tutulma təhlükəsi var”, -deyə müraciətdə bildirilib.

Hamısını Göstər

Related Articles

Back to top button