Türkiyə “Bayraktar”ları Litvaya hədiyyə edəcək
Türkiyənin “Baykar” şirkəti Litvaya “Bayraktar TB2”ləri hədiyyə edəcək.
“Baykar” şirkəti Litvaya “Bayraktar TB2” hədiyyə edəcək və toplanan məbləğin humanitar yardım üçün Ukraynaya göndərilməsini istəyəcək”, – deyə şirkətin “Twitter” hesabında qeyd olunub.
Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas isə Türkiyənin bu jestinə görə təşəkkürünü bildirib:
“Bu, inanılmazdır. Az öncə Türkiyə Litva xalqının almaq üçün pul yığdığı “Bayraktar”ı təmənnasız şəkildə verməyə razılaşıb. Bu, möhtəşəmdir! Toplanan pula “Bayraktar” üçün lazım olan sursat alacağıq, qalan pul da Ukraynaya dəstəyə yönləndiriləcək. Təşəkkürlər, Türkiyə!” – deyə o bildirib.