Ukraynaya girən Rusiya Türkiyəyə “nəsihət” verdi
Moskva ümid edir ki, Ankara Suriyada vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək addımlardan çəkinəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Biz belə bir hərbi əməliyyatın keçirilməsi ilə bağlı həyəcan siqnalı aldıq. Ümid edirik ki, Ankara Suriyada onsuz da çətin olan vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinəcək.
Eyni zamanda, biz Türkiyənin Suriyanın sərhədyanı ərazisindən milli təhlükəsizliyə təhdidlərlə bağlı narahatlığını başa düşürük. Bu baxımdan hesab edirik ki, Suriya-Türkiyə sərhədində etibarlı təhlükəsizlik yalnız Suriya hərbi qüvvələrini yerləşdirilməklə təmin edilə bilər”, – Rusiya XİN vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tel-Rıfat və Menbiç bölgələrinin PKK terrorçularından təmizlənməsi üçün əməliyyatın başlanacağını açıqlamışdı.