Quldurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanıldı
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə iyunun 3-də Əmircan qəsəbəsinində iki nəfərin Bakı şəhər sakini V.Mehdiyevi döyərək 540 manat pulunu almaları barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Həsənov və əvvəllər məhkum olunmuş K.Talıbov müəyyən edilərək saxlanılmışlar.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.