ABŞ-ın Rusiyadakı səfiri: “Səfirliklərimiz qarşılıqlı olaraq bağlana bilər”

ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivan rəsmi Moskva ilə Vaşinqtonun qarşılıqlı olaraq bir-birinin ərazisində səfirliklərini bağlamaq ehtimalını istisna etməyib.

Bununla belə, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib ki, Moskva ilə Vaşinqton arasında münasibətlər tam kəsilə bilməz və iki ölkə arasında əlaqə saxlanılmalıdır.

“Diplomatik əlaqələrimizi tam kəsib bir-birimizlə danışmağı dayandıra bilmərik. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclaslarında, ən azı, hər gün bir-birimizin yanında otururuq. Nə olursa-olsun, BMT-də, Təhlükəsizlik Şurasında bir-birimizlə danışsaq, daha yaxşı olar”, – deyə Con Sallivan vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button